Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Hindistan və Pakistanı sülh danışıqları aparmağa və təmkinli olmağa çağırır.
Elchi.az xəbər verir ki, Kreml sözçüsü qeyd edib ki, Moskva yaranmış vəziyyətdən narahatdır.
“Əlbəttə, bu, hədsiz narahatlıq doğurur və biz hər iki tərəfi təmkinli olmağa və bütün fikir ayrılıqlarının həlli üçün tez bir zamanda danışıqlar metodlarına keçməyə çağırırıq”, – Peskov jurnalistlərə deyib.
Mayın 7-nə keçən gecə Hindistan silahlı qüvvələri Sindoor əməliyyatının başlandığını elan edib. Hindistan ordusu Pakistana dəqiq zərbə endirib və Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr üçün seçilən hədəflər “terror hücumlarının planlaşdırıldığı və yönləndirildiyi” yerlər olub.
Radikal addım Hindistanın Pahalqam şəhərində 25 hindistanlı və bir Nepal vətəndaşının öldürüldüyü vəhşi terror aktından sonra atılıb.
Yeganə