Mayın 8-dən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Elchi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə mayın 8-i saat 17:00-dan etibarən sözügedən siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.
Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.