image-673795cf-701e-3614-a5d8-844426d589e2_850-1backend

Zelenski: Rusiyanın hücumu nəticəsində Ukraynada iki nəfər ölüb, yeddi nəfər yaralanıb

Rusiyanın Ukraynaya gecə saatlarında hücumu nəticəsində 2 nəfər həlak olub, yeddi nəfər yaralanıb, onlardan dördü uşaqdır.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, ötən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 4 ballistik raket və 142 dron atıb.

“Bu vaxta qədər 7 yaralı barədə məlumat var, onlardan 4-ü uşaqdır. Təəssüf ki, həlak olanlar var – onlar bir qadın və onun oğludur”, – V.Zelenski yazıb.

O da bildirilib ki, mayın 6-sı axşam saatlarından Zaporojye, Donetsk, Jitomir, Xerson və Dnepr vilayətlərinə çoxlu sayda zərbələr endirilib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki