image-fda99f95-ce24-3438-bdbe-85791c879e92_850backend

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Rumıniyada görüş keçiriblər

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) baş katibi Oqtay Atayev beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov ilə birlikdə Buxarest şəhərində Rumıniya Üzgüçülük və Müasir Pentatlon Federasiyasının prezidenti Kameliya Alina Potets, həmçinin sözügedən ölkənin üzgüçülük üzrə millisinin baş məşqçisi Silviu Anastase ilə görüşüblər.

ASF-dən  Elchi.az – a verilən məlumata görə, görüşdə federasiyaların müxtəlif fəaliyyət istiqamətləri, hədəf və məqsədlər, habelə marketinq və sponsorluq sahələri üzrə planlaşdırılan işləri müzakirə edilib.

Eyni zamanda, federasiyalar arasında mümkün tərəfdaşlıq imkanları və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Ötən ay Bakıda ASF-nin prezidenti Zaur Əliyev Avropa Su İdmanı Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva ilə görüşmüşdü. Həmçinin baş katib Oqtay Atayevin Ankarada Türkiyə Üzgüçülük Federasiyasının prezidenti Erkan Yalçın və baş katibi Seçkin Renklibay ilə görüşləri baş tutmuşdu.

Qeyd edək ki, Erkan Yalçın həmçinin Avropa Su İdmanı Növləri Federasiyasının vitse-prezidenti, Kameliya Alina Potets isə büro üzvüdür.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki