Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu”nun sədri seçildi.
Elchi.az xəbər verir ki, Kobaxidze Tbilisidə keçirilən qurultayda seçilib.
Partiyanın əvvəlki sədri İrakli Qaribaşvili siyasətdən getdiyini bəyan etdikdən sonra bu vəzifə boş qalmışdı.
Bildirək ki, İrakli Kobaxidze 2021–2024-cü illər ərzində də “Gürcü Arzusu”nun sədr vəzifəsini icra edib.