image-4a0ba2cd-fa3b-3ef3-8682-13ed33ff0458_850backend

AFFA iki klubun rəsmilərini 5 oyunluq cəzalandırıb

AFFA Region Liqasında və U-10 Liqasında çıxış edən klubların rəsmilərini 5 oyunluq cəzalandırıb.

Elchi.az -ın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilən “Çinar Zəngilan” – “Xankəndi” matçı bitdikdən sonra meydan sahiblərinin adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiya edilib.

AFFA U-10 Liqasında keçirilən “Azərbaycan Qartalları” – “Qarabağ” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki