image-pak-aa-2357838_1backend

Pakistan: Hindistan hücumlarında 26 mülki şəxs həlak olub

Pakistan ordusu Hindistanın hücumları nəticəsində 26 mülki şəxsin öldüyünü, 46 nəfərin isə yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra gərginlik artıb.
Hindistan Pakistana raket zərbələri endirib. Pakistan və Pakistanın Azad Kəşmir bölgəsində partlayışlar baş verib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın raketlərlə hücum etdiyi bölgələrdə ölənlərin sayının 26-ya, yaralıların sayının isə 46-ya yüksəldiyini açıqlayıb.
Hindistandan atılan və ölkədəki bir çox nöqtəyə dəyən raketlərin məscidlərə və sağlamlıq klinikalarına ziyan vurduğunu ifadə edən Çaudhri, Bahavalpur məscidinə raket hücumu nəticəsində qadın və uşaqların da olduğu 13 nəfərin həyatını itirdiyini, 37 nəfərin isə yaralandığını qeyd edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki