image-italya-hava-kuvvetleri-akrobasi-ekibinde-3-ucak-carpisti-1-pilot-yaralandi-yslnbackend

İtaliya Hərbi Hava Qüvvələrinin akrobatika komandasının 3 təyyarəsi toqquşub, 1 pilot yaralanıb

İtaliyada nümayiş uçuşu zamanı üç təyyarənin toqquşduğu bildirilir. Bildirilib ki, iki pilot qəzadan xəsarət almadan xilas olub, bir pilot isə ayağının sındığı şübhəsi ilə xəstəxanaya aparılıb.
Elchi.az xəbər verir ki, İtaliya Hərbi Hava Qüvvələrinin “Frecce Tricolori” adlı akrobatika komandasına məxsus MB-339 tipli üç təyyarə Pantelleria adasında nümayiş uçuşu zamanı havada toqquşub. Qəzadan sonra üç təyyarə təcili eniş edib, təyyarələrdən biri eniş zamanı sürüşərək uçuş-enmə zolağından çıxıb.
Bildirilib ki, iki pilot qəzadan xəsarət almadan xilas olub, bir pilot isə ayağının sındığı şübhəsi ilə xəstəxanaya aparılıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki