Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində K.Hüseynovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı Tofiq Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.