Misli Premyer Liqasında XXXIV tura start verilib.
Elchi.az – ın məlumatına görə, açılış matçında “Sabah” “Şamaxı”nı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.
Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran “Sabah” beşinci pillədə qərarlaşıb, “Şamaxı” isə 36 xalla yeddinci sıradadır.
Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.