image-upload-2025-03-28t203802z_471622946_rc2imdalsct1_rtrmadp_3_usa-trump-bitmex-pic_32ratio_900x600-900x600-12001backend

Tramp varlı vətəndaşların vergilərini artırmaq istəyir

Bloomberg: Tramp varlı amerikalılara vergilərin 39,6%-ə qaldırılmasını təklif edib.
Elchi.az xəbər verir ki,ABŞ prezidenti Donald Tramp varlı vətəndaşlar üçün vergilərin 39,6%-ə qaldırılmasını təklif edib. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
“Dövlət başçısının təşəbbüsü ən azı 2,5 milyon dollar qazanan fiziki şəxslər və ya 5 milyon dollar qazanan evli cütlüklər üçün yeni vergi dərəcəsinin <…> tətbiqini nəzərdə tutur”, – məqalədə deyilir.
Jurnalistlərin məlumatına görə, Amerika lideri planı barədə ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Consonla telefon danışığı zamanı danışıb. Bu təşəbbüsün həyata keçirilməsinin 10 il ərzində federal büdcəyə əlavə 67,3 milyard dollar cəlb edəcəyi gözlənilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki