Cənubi Amerika ölkəsi Çilidə təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin öldüyü açıqlanıb.
Elchi.az xəbər verir ki, Böyükşəhər Bölgəsi Prezidentinin Nümayəndəsi Qonzalo Qonzalo Duran jurnalistlərə bildirib ki, Böyükşəhər bölgəsindəki Kurakavi şəhərinin dağlıq ərazisində qəzaya uğrayan təcili yardım təyyarəsinin qalıqları tapılıb.
Təyyarədə pilot, köməkçi pilot, həkim, tibb bacısı, xəstə və xəstə yoldaşı olmaqla 6 nəfərin həyatını itirdiyini bildirən Duran, qəzadan dərin kədərləndiklərini bildirib.
Çili prezidenti Qabriel Borik de X sosial media hesabından verdiyi açıqlamada qəzada həyatını itirənlərə başsağlığı verib.
“Kürakavi bölgəsində faciəvi təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən 6 nəfərin ailələrinə dərin hüznlə başsağlığı və sevgilərimi bildirirəm”. İfadəsini işlədən Borik bunları qeyd edib:
“Bu ağrılı itkidən sonra itkin düşənlərin tapılması və hadisənin təsirini minimuma endirmək üçün operativ və fədakarlıqla çalışan dövlət qurumlarına səmimi təşəkkürümü bildirirəm. Bu çətin anlarda həyatını itirənlərin yaxınlarının ağrısını bölüşür və həmrəylik içində dayanmağın vacibliyini bir daha vurğulayıram”.
Şayəstə Hüseynova