Bildirilib ki, ilin əvvəlindən Konqo Demokratik Respublikasının (DRC) şərqindəki Cənubi Kivu əyalətində 9100 Mpox hadisəsi qeydə alınıb.
Elchi.az xəbər verir ki, Cənubi Kivu Əyalət Qubernatorluğu tərəfindən edilən açıqlamada, əyalətdəki 34 sağlamlıq bölgəsinin hamısında M pox virusuna yoluxma hallarının görüldüyü ifadə edildi.
Açıqlamada Cənubi Kivuda yanvar ayından bu yana 9100 M pox virusuna yoluxma faktının qeydə alındığı, 13 nəfərin isə virus səbəbilə həyatını itirdiyi bildirilib.
Təkcə bu həftə 400-dən çox yeni yoluxma faktının qeydə alındığı bildirilən açıqlamada virusun tədricən yayıldığına diqqət çəkilib və ictimaiyyəti gigiyena qaydalarına riayət etməyə çağırıb.
Şayəstə Hüseynova