image-img_6015backend

Türkiyədə əməliyyat: 311,5 kq narkotik ələ keçirildi

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlar çərçivəsində 311,5 kiloqram narkotik maddə ələ keçirilib.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.

O bildirib ki, Vanda keçirilən əməliyyatla 234 paket halında 126 kiloqram heroin və 84,5 kiloqram marixuana olmaqla, ümumilikdə 210,5 kiloqram narkotik maddə ələ keçirilib.

Şanlıurfada baş tutan digər əməliyyatda isə bir TIR-da 131 paket halında 68,5 kq heroin, 53 paket halında 23,5 kq skunk, 16 paket halında 9 kq toz marixuana olmaqla ümumilikdə 101 kq narkotik maddə ələ keçirilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki