image-681e4417d2f19681e4417d2f1a1746813975681e4417d2f17681e4417d2f18backend

Ağ Ev: Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil

ABŞ prezidenti Donald Tramp Çin üçün rüsum dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil. Bunun üçün Pekin də güzəştə getməlidir.

Elchi.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

“Prezident Çinə qarşı rüsumları birtərəfli qaydada aşağı salmaq niyyətində deyil və bu mövqeyini saxlamaqda davam edir. Biz onlardan güzəşt görməliyik”, – o deyib.

Qeyd edək ki, ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi rüsumlar hazırda 145%-ə çatır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki