image-img_6016backend

ÇL: Həftənin ən yaxşısı o seçildi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.

Elchi.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafatı “İnter”in qapıçısı Yann Sommer qazanıb.

Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.

Qeyd edək ki, isveçrəli qolkiper “Barselona” ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) 5-i cərimə meydançası daxilində olmaqla 7 seyv edib.

Xatırladaq ki, Çempionlar Liqasının finalında “İnter” və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki