image-filistinden-cine-destek-tesekkuru-r2gjbackend

Fələstin dəstək üçün Çinə təşəkkür edib

Fələstin prezidenti Abbas beynəlxalq platformalarda Fələstin davasına və xalqına verdiyi dəstəyə görə Çinə təşəkkür edib.
Elchi.az xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Abbas Rusiyanın paytaxtı Moskvada 9 May Qələbə Günü qeyd etmələri çərçivəsində Çin Dövlət Başçısı Si Cinpinlə görüşüb.
İki ölkə arasında strateji tərəfdaşlıq və güclü tarixi əlaqələrin əhəmiyyətini vurğulayan Abbas, Çinin beynəlxalq platformalarda Fələstin məsələsinə və xalqına verdiyi dəstəkdən məmnunluğunu ifadə edib.
Abbasın Moskvaya səfəri zamanı prezident Vladimir Putin və Qələbə günü tədbirlərinə qatılan bəzi dövlət başçıları ilə görüşü gözlənilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki