ABŞ və Çin arasında ticarət danışıqları başlayır. Tramp Çinə tətbiq edilən yüksək tariflərin azaldıla biləcəyinə işarə edib. Ekspertlərin fikrincə, bu proses uzun çəkə bilər.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən yüksək tariflərin azaldıla biləcəyinə eyham vurub. Bu həftəsonu iki ölkə arasında ticarət danışıqları öncəsi bəyanat verilib.
Trump, 145 faizə yüksəlmiş tariflərə toxunaraq, “Daha da qalxmayacaq, ona görə də azalacağını bilirik” dedi. Tramp bu sözləri Böyük Britaniya ilə imzalanan yeni gömrük sazişini elan etdiyi tədbirdə deyib.
İsveçrədə kritik görüş
ABŞ-ın maliyyə naziri Skott Bessent və Çin Baş nazirinin müavini He Lifeng İsveçrədə görüşəcək. Ekspertlərin fikrincə, bu görüş tərəflərin ticarət müharibəsini yumşaltmaq istəyinin ən bariz göstəricisidir.
Çin Xarici İşlər Nazirinin müavini Hua Chunying də görüşdən əvvəl açıqlama verərək, “ABŞ ilə ticarət məsələlərini idarə etməkdə tam güvənirik” dedi.
Mütəxəssislər xəbərdarlıq edir: Bu, asan olmayacaq
Avrasiya Qrupundan Dan Vanq deyib: “Hər iki tərəfdən gələn siqnallar qarşılıqlı güzəştlərlə detente dövrünün ola biləcəyini göstərir”. Lakin ekspertlər əsas problemlərin dərhal həll edilə bilməyəcəyi ilə razılaşırlar.
ABŞ-ın keçmiş ticarət müzakirəçisi Stiven Olson, danışıqlar nəticəsində ortaya çıxa biləcək hər hansı potensial vergi endiriminin “kiçik” olacağını söylədi. O, son qərarda liderlərin birbaşa iştirakının həlledici olacağını diqqətə çatdırıb.
Çinin aprel ayı ixrac məlumatlarına görə, ABŞ-a ixrac ötən illə müqayisədə 20 faizdən çox azalıb. Bununla belə, ümumi ixrac 8,1 faiz artaraq gözləntiləri üstələyib.
Şayəstə Hüseynova