Tərtər rayonunda məktəb binası yanıb.
Elchi.az xəbər verir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndinə qeydə alınıb.
Belə ki, yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının qarşısı alınıb.
Qeyd edək ki, yanğın baş verən bina vaxtilə şəhid Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd tam orta məktəbi kimi fəaliyyət göstərib.
İnzibati binada keçmiş məcburi köçkünlər də yaşayıb. Yanğın səbəbi araşdırılır.