image-91c6106a-fe59-3b87-8c31-57ab6c75f567_850backend

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirinə start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 14-16 yaşlı idmançıların mübarizəsinə start verilib.

Elchi.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda 13 ölkədən 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edir.

Yerli idmançılardan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova qalib adı uğrunda mübarizə aparırlar.

Bu yaş kateqoriyasında yarışa mayın 10-da yekun vurulacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki