İraqda qum fırtınası nəticəsində baş verən yol qəzasında 4 nəfər ölüb. Qum fırtınası səbəbindən tənəffüs problemlərindən əziyyət çəkən yüzlərlə insan müalicə alır.
Elchi.az xəbər verir ki, İraqın Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyyə kimi bir çox şəhərini təsir edən qum fırtınası həyata mənfi təsir edib.
Səlahəddin şəhərinin Tuzhurmatu rayonundakı Serha keçid məntəqəsi yaxınlığında qum fırtınası nəticəsində baş verən yol qəzasında eyni ailədən 4 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Səlahiyyətlilər, qəzanın fırtına səbəbiylə görmə məsafəsinin sıfıra enməsi nəticəsində iki avtomobilin toqquşması nəticəsində baş verdiyini bildirib.
YÜZLƏRCƏ İNSAN XƏSTƏXANADADIR
Qum fırtınası nəticəsində yaranan tənəffüs problemlərinə görə 400-ə yaxın adam müalicə üçün xəstəxanalara aparılıb.
Səlahiyyətlilər vətəndaşları, xüsusən də tənəffüs xəstəlikləri olanları evdə qalmağa çağırıb.
Şayəstə Hüseynova