ABŞ prezidenti Donald Tramp iki həftə ərzində dərmanlara gömrük rüsumlarını açıqlayacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp, reseptlə satılan dərmanlar üçün güclü yerli istehsalın yenidən qurulmasını asanlaşdırmaq üçün Oval Ofisdə icra fərmanı imzaladı
İmzalanma mərasimində mətbuat mənsublarının suallarını cavablandıran Tramp, dərmanlara tətbiq edilən tariflərin vaxtı və dərəcələri ilə bağlı suala “Önümüzdəki iki həftə ərzində açıqlayacağam” deyib.
Trump, tariflərin əczaçılıq şirkətlərini obyektlərini ABŞ-a köçürməyə məcbur edəcəyini iddia etdi
Alüminium, polad və avtomobil kimi məhsullara sektoral tariflər açıqlayan Tramp, keçən ay dərman sektoruna da “əsas” tariflərin tətbiq ediləcəyini açıqlamışdı.
Bunun digər ölkələrdəki əczaçılıq şirkətlərinə öz obyektlərini ABŞ-a köçürməsinə imkan yaradacağını müdafiə edən Tramp, “Bunu eşidəndə Çini tərk edəcəklər. Satmaq məcburiyyətində olduqları üçün başqa yerləri tərk edəcəklər. Məhsullarının çoxu burada satılır” dedi.
Tramp, şirkətlərin ABŞ-da istehsal etdikləri təqdirdə tariflərlə üzləşməyəcəyini bildirmişdi.
Keçən ay əczaçılıq şirkəti Novartis, növbəti 5 il ərzində 23 milyard dollarlıq investisiya ilə ABŞ-da istehsal və Ar-Ge fəaliyyətini genişləndirməyi planlaşdırdığını açıqladı.
İsveçrədə yerləşən Roche əczaçılıq şirkəti qarşıdakı beş il ərzində ABŞ-da əczaçılıq və diaqnostika sahəsinə 50 milyard dollar sərmayə qoyacağını açıqladı.
Şayəstə Hüseynova