image-26_1746446012backend

Aİ Rusiya qazının idxalını qadağan etmək fikrindədir

Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər Rusiya qazının idxalına qadağa qoyulması üçün tədbirlər təklif etməyi planlaşdırır.

Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qadağa Rusiya ilə yeni müqavilələr və mövcud spot müqavilələr çərçivəsində bütün qaz idxalına təsir edəcək. Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası mayın 6-da Strasburqda Rusiya qazının boru kəmərləri vasitəsilə və uzunmüddətli müqavilələr çərçivəsində LNG şəklində idxalına qadağa qoyulmasını təklif edən planlarını təqdim etməyə hazırlaşır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki