Məşhur səsli və videozəng xidməti “Skype” fəaliyyətini dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Microsoft’ məlumat yayıb.
“Skype” 20 ildən çox xidmətdən sonra bağlanıb.
Microsoft, 2003-cü ildə istifadəyə verilən və 2010-cu ildə 300 milyondan çox aktiv istifadəçiyə çatan proqramın “müştəri ehtiyaclarına daha asan uyğunlaşmasını təşkil etmək üçün” dayandırılacağını açıqladı.
Şirkət diqqətini “Microsoft Teams” proqramına yönəldəcəyini söylədi. Skype-da istifadəçi məlumatları avtomatik olaraq bu proqrama ötürüləcək.
Nuranə Məmmədova