image-1746447849-638fd368-ddb5-311f-9980-a6502d3106cf_850backend

Bakıda svetoforlara 53 velosiped bölməsi quraşdırıldı – Foto

Bakıda svetoforlara yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan velospied bölmələri quraşdırılıb.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 24 yolayrıcında olan svetoforlara 53 velosiped bölməsi quraşdırılıb.
Məlumatda bildirilib ki, yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan bu svetoforlar velosipedçilərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan verir.
Bu istiqamətdə işlər davam etdirilir.

image-photo_2025-05-05_16-28-29

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki