Bildirilib ki, Tehrandan İranın Buşehrə uçmaq üçün Tehrandan havaya qalxan “ATA Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən məcburi eniş edib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Buşehr Hava Limanının direktoru Abbas İsmaili məsələ ilə bağlı məlumat verib.
İsmaili təyyarənin texniki nasazlıq səbəbindən Tehranın Mihrabad hava limanına geri döndüyünü, nasazlıq aradan qaldırıldıqdan sonra təyyarənin səfərinə davam etdiyini bildirib.
Nuranə Məmmədova