image-cinde-turistleri-tasiyan-4-tekne-alabora-oldu-10-olu-wdwfbackend

Çində turistləri daşıyan 4 qayıq batıb, 10 nəfər ölüb

Çinin Quizhou əyalətinin Qiansi şəhərində güclü külək nəticəsində içərisində ümumilikdə 84 turistin olduğu 4 qayığın çayda aşması nəticəsində 10 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Çində turist səfəri fəlakətlə başa çatıb. Dünən Quizhou əyalətinin Qianxi şəhərində güclü külək nəticəsində ümumilikdə 84 turisti daşıyan dörd qayığın çayda batması nəticəsində 10 nəfər həyatını itirib. Dövlət mediasının məlumatına görə, xilas edilən 74 nəfərdən 70-i müalicə üçün xəstəxanaya göndərilib.
Əraziyə 500-ə yaxın xilasetmə işçisi səfərbər edilib, Çin prezidenti Si Cinpin əyalət hakimiyyətlərinə “bütün vasitələrdən istifadə etməyi” tapşırıb. Xi həmçinin bildirib ki, turizm bölgələrində və böyük ictimai yerlərdə artan qəzaların qarşısını almaq üçün səlahiyyətlilər təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki