Meksikanın Çiapas ştatında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 16,2 min əhalisi olan Teopiska şəhərindən 8 km şimal-qərbdə, ocağı isə 261 km dərinlikdə yerləşib.
Qeyd olunur ki, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.