Tehran ABŞ-nin İran neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməsi ehtimalına qarşı bütün zəruri tədbirləri görüb.
Elchi.az -ın məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani brifinqdə bildirib.
“Biz zəruri tədbirlər görmüşük və hadisələrin bütün inkişaf ssenarilərinə hazırıq, bizim bütün ssenarilərimiz də tam hazırdır”, – o bildirib.
ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində İrandan neft və neft məhsullarının alıcılarını ikinci dərəcəli sanksiyalarla hədələyib və onlara “Vaşinqtonla biznes aparmağa icazə verilməyəcəyini” deyib.
Xavər