İranda son bir həftə ərzində əlverişsiz hava şəraiti, ildırım çaxması və güclü külək nəticəsində 9 nəfər ölüb, 86 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, Tasnim Xəbər Agentliyinə danışan İran Fövqəladə Hallar Təşkilatının sözçüsü Babək Yektaperest məsələ ilə bağlı məlumat verib.
Yektaperest, “27 aprel-5 may tarixləri arasında güclü külək və ildırım çaxması nəticəsində 9 nəfər həyatını itirdi, 86 nəfər isə yaralandı” dedi. dedi.
İran rəsmisi sözügedən şəxslərdən 5-nin ildırım vurması, 4-nün güclü külək və yıxılan əşyalar nəticəsində öldüyünü, Tehranda 63, Cənubi Xorasanda 7, Kirmanşahda 4, Mazandaranda 3, Qəzvin, Mərkəzi və Əlborz əyalətlərində hər birində 2, Qərbi Azərbaycan, Rəzəvi və Kzehoda isə hər birində bir nəfərin yaralandığını bildirib.
Yektaperest bəyan edib ki, ölkədə hava hadisələri nəticəsində ən çox yaralanan və ölənlərin sayı aprelin 27-dən mayın 3-dək qeydə alınıb.
Nuranə Məmmədova