İngiltərə və Hindistan “tarixi” olaraq xarakterizə edilən ikitərəfli ticarət müqaviləsi imzalayıb.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Ticarət Nazirliyindən verilən açıqlamaya görə, razılaşmaya əsasən, Hindistan şotland viskisi, kosmetika və tibbi cihazlar kimi əsas məhsullar üçün rüsumları azaldacaq və İngiltərənin ölkəyə ixracatının 90 faizi üçün rüsum endirimləri müəyyən ediləcək.
Böyük Britaniyadan Hindistana viski və cin ixracına qoyulan gömrük rüsumları sazişin 10-cu ilində 150%-dən 75%-ə və 40%-ə endiriləcək.
Avtomobil ixracına qoyulan vergilər müəyyən kvota daxilində 100 faizdən 10 faizə endiriləcək.
İki ölkə arasında ticarəti artıracaq və məhsulları ucuzlaşdıracaq məhsullar arasında aviasiya sektoru, kosmetika, quzu əti, tibbi cihazlar, qızılbalıq, elektrik maşınları və qazlı içkilər də var.
Yaxın 10 il ərzində ixrac məhsullarının 85 faizi tamamilə rüsumsuz olacaq.
Hindistanın İngiltərəyə ixrac etdiyi dondurulmuş karides kimi geyim, ayaqqabı və qida məhsullarına tətbiq edilən tariflər qaldırılacaq.
“Tarixi” olaraq xarakterizə edilən ticarət razılaşmasının ikitərəfli ticarəti 25,5 milyard funt-sterlinqə çatdıracağı və Britaniya iqtisadiyyatına hər il 4,8 milyard funt-sterlinq töhfə verəcəyi gözlənilir.
Müqavilə Böyük Britaniyanın Brexit ilə Avropa İttifaqından ayrıldıqdan sonra etdiyi ən böyük ticarət razılaşması kimi diqqəti çəkir.
Bəyanatda razılaşma ilə bağlı fikirləri yer alan Baş nazir Keir Starmer, “Ticarət və iqtisadiyyat üçün yeni bir dövrdəyik. Bu, İngiltərə iqtisadiyyatını gücləndirmək və işləyən insanların daha çox qazanmasını təmin etmək üçün daha sürətlə irəliləyirik. Hindistanla imzaladığımız bu müqavilə iqtisadiyyatımızı inkişaf etdirəcək” deyib.
Ticarət naziri Conatan Reynolds dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Hindistanla imzalanan ticarət müqaviləsinin Britaniya xalqı üçün qələbə olduğunu bildirib və əlavə edib: “Qlobal qeyri-müəyyənlik dövründə qlobal ticarətə praqmatik yanaşma biznes və istehlakçılar üçün sabitliyi təmin edir.”
İngiltərə və Hindistan fevral ayında ticarət sazişi üzrə danışıqları bərpa ediblər.
Nuranə Məmmədova