image-xxxxbackend

İndoneziyada yol qəzası nəticəsində 12 nəfər ölüb

İndoneziyanın Qərbi Sumatra əyalətinin Padanq-Pancanq şəhərində səhər saatlarında baş verən avtobus qəzası nəticəsində ən azı 12 nəfər həlak olub, beşdən çox insan yaralanıb.

Elchi.az  “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı şəhər nəqliyyat departamentinin nümayəndəsi təsdiqləyib.

Qeyd olunub ki, Medan-Cakarta marşrutu ilə hərəkət edən avtobus əyləclərin sıradan çıxması səbəbindən idarəetməni itirərək aşıb.

Məlumatda bildirilir ki,  avtobusda 25 sərnişin olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki