image-218470-1_largebackend

ABŞ, Avropa və Ukrayna münaqişənin həlli üçün 22 bəndlik plan hazırlayıb

Vəziyyətin nizamlanması üzrə danışıqlarda iştirak edən ABŞ , Avropa ölkələri və Ukraynanın nümayəndələri münaqişəyə son qoyulması ilə bağlı 22 bənddən ibarət sənəd hazırlayıblar.
Elchi.az xəbər verir ki, bu barədə NBC News öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, planın müddəalarından biri 30 günlük atəşkəsdən ibarətdir, digəri isə Moskvanın ABŞ- ın Ukraynanın NATO- ya üzvlüyünü dəstəkləməyəcəyi tələbinə uyğundur.
Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff bu planı yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinə təqdim edəcək.
“ Putin çıxış yolu tapmaq istəyirsə, onun çıxış yolu budur”, – nəşrin mənbələrindən biri sənədi şərh edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki