image-72497429_605backend

Dörd ölkənin lideri Kiyevə gəlib

Almaniyanın yeni kansleri Fridrix Mers , Fransa prezidenti Emmanuel Makron , Böyük Britaniyanın baş naziri Keir Starmer və Polşanın baş naziri Donald Tusk mayın 10-da Ukraynanın paytaxtı Kiyevə gəliblər.

Elchi.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər Polşanın Baş naziri Donald Tuskla birlikdə mayın 10-da Vladimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Onların Ukraynaya gələcək dəstək məsələlərini müzakirə edəcəyi gözlənilir.

Birgə bəyanatda onlar ABŞ Prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəkləyiblər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki