image-08570585-a9d0-322f-86b5-029d73ebb84a_850backend

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Elchi.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP sədrinin müavini Tahir Budaqov, həmçinin sözügedən qurumların kollektivi və ekokönüllülər iştirak edib.
Müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək, onun ətraf mühitə göstərdiyi xüsusi qayğını bir daha vurğulamaqla yanaşı, yaşıllıqların artırılmasına töhfə verməkdir.

image-aksiya_agacekme_ekologiya_-7-1image-aksiya_agacekme_ekologiya_-2image-aksiya_agacekme_ekologiya_-6image-aksiya_agacekme_ekologiya_-5image-aksiya_agacekme_ekologiya_-4image-1839e817-99ff-3893-9aaf-99b511dad7c3

image-d0abb34d-a2ae-39b2-920c-2290fa814b30

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki