image-turan-sebailbackend

“Zirə” qalib gəldi, “Səbail” I Liqaya düşdü

Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

Elchi.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Turun digər matçında “Turan Tovuz” “Neftçi” ilə qarşılaşacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki