image-5ba81dfd-7857-38f4-a99d-0a7ce36c35d8_850backend

Paşinyan Avropa Şurasının baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının baş katibi Alen Berse ilə telefon danışığı zamanı Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.

Elchi.az yerli KİV-ə istinadən xəbər verir ki, tərəflər Ermənistan və Avropa Şurası arasında tərəfdaşlıqla, həmçinin bu təşkilatın dəstəyi ilə Ermənistanda həyata keçirilən islahatlarla bağlı məsələləri müzakirə ediblər.

“Həmçinin Ermənistan və Azərbaycan arasında sülhün qurulması və regional sabitliklə bağlı məsələlərə toxunulub”, – məlumatda bildirilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki