Kanada və Meksika ilə birlikdə 2026-cı il Dünya Çempionatına ev sahibliyi edəcək ABŞ prezidenti Donald Tramp təşkilata tam hazırlığı təmin etmək üçün işçi qrupu yaradacaqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp FİFA prezidenti Covani İnfantinonun da iştirak etdiyi Oval Ofisdə keçirilən mərasimdə Dünya Kuboku İşçi Qrupunun yaradılması haqqında sərəncam imzalayıb.
İmzalanma mərasimində çıxış edən Tramp Dünya Kubokunun təşkilinin “bir gündə üç Super Bowl oyununa baxmaq” kimi olacağını və bunun çox həyəcanlı olduğunu bildirib.
Bəzi matçlara şəxsən qatılmaq istədiyini qeyd edən Tramp, bu iş qrupu ilə matçlara ev sahibliyi edəcək şəhərlər arasında koordinasiyanın və digər addımların daha yaxşı təşkil ediləcəyini bildirib.
Trampın Dünya Kuboku İşçi Qrupuna sədrlik edəcəyi gözlənilir.
2026-cı il dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.