“Fransa Rusiya ilə münaqişənin həlli çərçivəsində Ukraynanın demilitarizasiyasını qəbul etməyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
“Ukrayna ordusu təhlükəsizliyin birinci təminatı olaraq qalır. Biz Ukraynanın hər hansı formada demilitarizasiyasının əleyhinə olacağıq”, – deyə Fransa Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Lekornu Təhlükəsizlik və Strateji Məsələlər üzrə Paris Forumunun açılışında Ukraynanın demilitarizasiyasının mümkünlüyü barədə danışıb və vurğulayıb ki, Kiyevin gücləndirilməsi Avropada təhlükəsizlik arxitekturasına dair gələcək sazişlərin mühüm hissəsi olmalıdır. Nazir həmçinin əlavə edib ki, avrozona ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri diqqətlə nəzərdən keçirməli və onlara ölkəyə dəstək imkanlarını daxil etməlidir.
Bundan əvvəl Ukrayna rəsmisi “The Economist” ilə söhbətində Ukraynanın demilitarizasiyasını sülh sazişinin bir hissəsi kimi qəbul edib. Kiyev etiraf edir ki, ölkələrin NATO-ya üzv olması yaxın gələcəkdə mümkün olmayacaq.
Yeganə