image-download-2backend

Kosovo Prezidenti: Bizim NATO-ya üzv olmağımızın vaxtıdır

Kosovo Prezidenti Vjosa Osmani bildirib ki, ölkəsinin qlobal sabitlik və təhlükəsizliyə qəti şəkildə töhfə verən NATO-nun məsuliyyətli üzvü kimi layiqli yerini tutmasının vaxtı çatıb.
Elchi.az xəbər verir ki, Prezident Osmani Kosovonun paytaxtı Priştinada NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra birgə mətbuat konfransında danışıb.
NATO-nu “bəşəriyyətin indiyə qədər şahid olduğu ən güclü və ən uğurlu ittifaq” olaraq xarakterizə edən Osmani Kosovonun NATO-ya ən isti hisslərlə bağlı olduğunu qeyd edib.
Osmani, Kosovonun qlobal sabitlik və təhlükəsizliyə qəti şəkildə töhfə verən məsuliyyətli NATO üzvü kimi öz layiqli yerini tutmasının vaxtının gəldiyini ifadə edərək, əlavə etdi: “Bu millət 25 il əvvəl NATO tərəfindən xilas edildi. İndi o, azadlıq qalxanına çevrilmiş bu ittifaqın təməl dəyərlərini müdafiə etmək üçün sizinlə çiyin-çiyinə dayanmağı səbirsizliklə gözləyir”.
Osmani sözlərini belə davam etdirdi:
“Kosovo bu gün sabitliyə və təhlükəsizliyə töhfə verir və bu töhfəni qlobal miqyasda artırmağa hazırdır və buna qadirdir. Eynilə, dünya bizə ən çətin anlarımızda kömək etmək üçün çalışıb. NATO dövlətimizin əsaslandığı dəyərlər üzərində qurulub. Ona görə də NATO-ya üzvlüklə bağlı strateji məqsədimiz təkcə milli maraqlara uyğun deyil, həm də region və bütün Avropa üçün sülh və sabitliyin zəruriliyidir”.
Osmani, Kosovonun NATO-nun ümumi daxili məhsulunun (ÜDM) yüzdə 2-ni müdafiəyə ayırma hədəfinə artıq çatdığını ifadə edərək, rekord müddətdə bu nisbəti iki dəfə artırmağı hədəflədiklərini vurğulayıb.
Osmani bildirib ki, Kosovo tezliklə sursat və pilotsuz uçuş aparatları istehsalına başlayacaq və bununla da müdafiə sahəsində strateji tərəfdaş kimi mövqe tutacaq.
Serbiyanın Kosovonu və bütün regionda sabitliyi pozmaq məqsədini davam etdirdiyini müdafiə edən Osmani, “NATO əsgərlərinin Kosovoda olması təkcə təhlükəsizliyimizin təminatı deyil, həm də sülh və sabitliyi təhdid edən hər cür cəhdə qarşı bir maneədir” – deyib.
Osmani əlavə edib ki, Kosovonun müstəqilliyini tanımayan dörd NATO üzvü ölkə olduğu üçün üzvlük prosesi ləng gedir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki