image-israil-5-lubnanli-esiri-serbest-birakacak-17417114544515backend

İsrail 5 livanlı məhbusu azad edəcək

İsrail 5 livanlı məhbusu azad etmək qərarına gəldiyini açıqlayıb. 
Elchi.az  xəbər verir ki, İsrailin Hizbullahla davam edən qarşıdurmalar zamanı saxladığı 5 livanlı məhbusu azad edəcəyi açıqlanıb.
İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, bu qərar Livan prezidenti Cozef Auna jest olaraq ABŞ-la koordinasiya əsasında qəbul edilib.
Bildirilib ki, bu gün Livanın cənubunda yerləşən Naqura şəhərində İsrail, ABŞ, Fransa və Livandan olan nümayəndələrin iştirakı ilə toplantı keçirilib.
Bildirilib ki, iclasda regionda sabitliyin qorunması məqsədilə üç birgə işçi qrupunun yaradılması barədə qərar qəbul edilib.
Bildirilib ki, üç işçi qrup İsrailin Livanın cənubunda işğalını davam etdirdiyi 5 nöqtənin vəziyyətini, “Mavi xətt” və mübahisəli məqamları müzakirə edəcək, İsrail tərəfindən saxlanılan livanlı məhbusların problemlərini müzakirə edəcək.
“Birləşmiş Ştatlarla koordinasiyada və Livanın yeni prezidentinə jest olaraq İsrail 5 livanlı məhbusu azad etməyə razılaşdı”, – bəyanatda deyilir.
27 noyabr 2024-cü ildə Livan ilə İsrail arasında atəşkəs əldə edilmiş və atəşkəs çərçivəsində İsrail ordusunun Livanın cənubunda tutduğu nöqtələrdən 60 gün ərzində geri çəkilməsi nəzərdə tutulmuşdu. Lakin İsrail Livan ordusunun ölkənin cənubuna tam nəzarəti ələ keçirmədiyini iddia edərək işğal müddətini fevralın 18-dək uzadıb.
Fevralın 18-də İsrail ordusu 11 bölgədən geri çəkilərkən Livan əsgərləri bu ərazilərə yerləşdirilib. Halbuki İsrail sərhədin beş nöqtəsində işğalın davam edəcəyi ilə bağlı bəyanat vermişdi.
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Livan rəsmiləri İsrailin atəşkəs razılaşması və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq ölkənin cənubundan tamamilə çəkilməli olduğunu açıqlamışdı.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki