Ukrayna ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məsləhətləşmələr zamanı onun nümayəndə heyəti Kiyevin sülh üçün hansı güzəştlərə getməyə hazır olduğunu anlamağa çalışacaq.
Elchi.az “BBC”yə istinadən xəbər verir ki, təyyarədə jurnalistlərə müsahibə verən Dövlət Departamentinin rəhbəri bildirib ki, Vaşinqton da müharibənin başa çatması üçün hansı şərtlərin Rusiyanı qane edəcəyinə əmin deyil.
Eyni zamanda Rubio hər iki tərəfin, ola bilsin, ərazi güzəştlərinə getməli olacağını açıqlayıb.
“Ruslar bütün Ukraynanı ələ keçirə bilməzlər və təbii ki, hər hansı yaxın gələcəkdə rusları 2014-cü ildə olduqları yerə qayıtmağa məcbur etmək Ukrayna üçün çox çətin olacaq”, – ABŞ dövlət katibi deyib.
“Biz Ukraynanın mövqeyini başa düşməliyik və sadəcə olaraq onların hansı güzəştlərə getməyə hazır olduqları barədə ümumi təsəvvür əldə etməliyik. Əgər hər iki tərəf güzəştə getməsə, atəşkəs və bu müharibənin sonu olmayacaq”, – Rubio jurnalistlərə bildirib.
“Biz çox təfərrüata girə bilmərik, danışıqlar otağında xəritədə xətlər çəkə bilmərik, lakin [almaq istəyirik] onlar üçün əslində hansı güzəştlərin mümkün olduğu, bunun müqabilində nə əldə etmək istədikləri barədə ümumi bir fikir əldə etmək istəyirik. Onda Rusiyanın bu məsələdə mövqeyinin nə olduğunu biləcəyik və bu, onların bir-birindən nə qədər uzaq olduğuna dair kifayət qədər yaxşı qiymət verəcəkdir”.
Yeganə