Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın sözçüsü Anitta Hipper bildirib ki, Gürcüstanın Avropa perspektivi Aİ dəyərlərinə hörmətə bağlıdır və bu, hələlik müzakirə mövzusu deyil.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, sözçü Gürcüstan hakimiyyətinin Avropa İttifaqına və onun dəyərlərinə qarşı çıxdığını qeyd edib.
“Biz bu ittihamları tamamilə rədd edirik. Gürcüstanda bu yaxınlarda Brüsseldə tənqid edilən bir sıra qanunlar qəbul edilib. Aİ namizəd ölkədən Aİ-nin dəyərlərinə zidd olan qanunları qəbul etməkdən çəkinməsini gözləyir. Bu kimi tədbirlər Gürcüstanı Avropa İttifaqına daxil olmaq yolundan uzaqlaşdırır”,-deyə Hipper vurğulayıb.
Yeganə