image-14backend

Kreml: “ATƏT-in böyük problemləri var” 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) böyük problemləri var.

Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi hesab edir ki, ATƏT Ukrayna münaqişəsinin qarşısını almaq üçün heç nə etməyib, baxmayaraq ki, bunu edə bilərdi.

“Təşkilatın böyük problemləri var. Xüsusi hərbi əməliyyat üçün şəraitin formalaşmasının qarşısını almaqda heç bir rol oynamayıb”, – o, jurnalistlərə deyib.

Daha əvvəl ATƏT-in baş katibi Feridun Sinirlioğlu etiraf etmişdi ki, təşkilat hazırda ən yaxşı formada deyil və əvvəlki aktuallığını bərpa etməlidir. Eyni zamanda, o qeyd edib ki, ATƏT Rusiya da daxil olmaqla, bütün 57 iştirakçı dövlətlə işləməyə sadiqdir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki