İngiltərənin “Liverpul” klubunun yay transfer dönəmində yollarını ayırmaq istədiyi futbolçular müəyyənləşib.
Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi heyətdə əsaslı dəyişikliklər etməyi planlaşdırır.
Qapıçı Kuivin Kelleher, yarımmüdafiəçilər Vataru Endo və Harvi Elliott, hücumçular Federiko Kyeza və Dioqu Jotanın klubdan göndəriləcəyi gözlənilir.
Bildirək ki, “Liverpul” hazırda Premyer Liqada 29 oyundan sonra 70 xalla liderdir. Komanda ən yaxın izləyicisi “Arsenal”ı 15 xal qabaqlayır.