image-15backend

ABŞ Zelenskinin Trampdan üzr istədiyini açıqlayıb 

“Zelenski ABŞ prezidentinə məktub göndərərək, Oval kabinetdə baş vermiş hadisəyə görə üzr istəyib”.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalında məlumat verib.

“Düşünürəm ki, bu, mühüm addım idi və komandalarımızla bu müzakirədə iştirak edən ukraynalılar və avropalılar arasında çoxlu müzakirələr oldu”, – o, bunu proqress adlandırıb.

Almaniyanın “Deutsche Welle” nəşri xatırladır ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Səudiyyə Ərəbistanında keçiriləcək.

Qarşıdan gələn görüşün iştirakçılarından biri olacaq Vitkoff ABŞ-da Ukrayna ilə danışıqlarda “əhəmiyyətli irəliləyiş” gözləyir, Ukraynanın mineral ehtiyatlarına çıxışla bağlı saziş imzalamağa ümid edir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki