image-653baefd2a90c653baefd2a90d1698410237653baefd2a90a653baefd2a90bbackend

Nazirlikdən xəbərdarlıq: Onlar həkim deyil, aldanmayın!

Ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış və müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər sertifikasiya imtahanından keçdikdən sonra praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Sertifikatsız şəxslərin tibb fəaliyyəti ilə məşğul olması qanunla qadağandır.
Bu barədə Elchi.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
“Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”, – qeyd edilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən həkim-terapevt olmayan şəxslərin xəstəxanalarda fəaliyyətinin qarşısını almaq üçün müxtəlif nəzarət mexanizmləri tətbiq edilir:
– Sertifikatlaşma – Tibbi fəaliyyət göstərmək istəyən şəxslər və müəssisələr müvafiq sertifikat almalıdırlar. Sertifikat verilməsi zamanı namizədlərin təhsili və ixtisası yoxlanılır;
– Yoxlamalar – SN AEM planlı və plandankənar yoxlamalar apararaq tibb müəssisələrində çalışan personalın ixtisas uyğunluğunu yoxlayır. Uyğunsuzluq aşkar edilərsə, müvafiq tədbirlər görülür;
– Normativ tələblər – Tibb müəssisələrinin fəaliyyətini tənzimləyən qaydalara əsasən, yalnız ixtisaslı mütəxəssislər tibbi xidmət göstərə bilər.
Bu mexanizmlər vasitəsilə Səhiyyə Nazirliyi, Tibb universitetinin 4 illik bakalavr səviyyəsini bitirən, lakin həkim diplomu almayan şəxslərin (terapistlərin) xəstəxanalarda həkim-terapevt kimi fəaliyyət göstərməsinin qarşısını alır.
Nazirlik vətəndaşları diqqətli olmağa çağıraraq, özəl tibb müəssisələrində və apteklərdə qarşılaşdıqları problemlərlə bağlı AEM-in “bir pəncərə” sistemi, qaynar xətti (012 596 05 20), aem@pharma.az elektron ünvanı və pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə müraciət etməyə çağırıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki