X sosial media platformasının sahibi Elon Musk, X-də yaşanan uzunmüddətli giriş probleminin “Ukraynadan qaynaqlanan kiber hücum” olduğunu söylədi.
Elchi.az xəbər verir ki, Fox Business Network-ə verdiyi müsahibədə Musk, X-də yaşanan uzunmüddətli giriş problemindən danışdı.
Baş verənlərdən “tamamilə əmin olmadıqlarına” diqqət çəkən Musk, “Lakin System X-i silmək üçün Ukrayna IP ünvanlarından istifadə edilərək böyük bir kiberhücum edildi” dedi.
Digər tərəfdən Musk qeyd edib ki, hazırda platformada giriş problemi yoxdur.
Şayəstə Hüseynova