Şimali Koreya ABŞ və Cənubi Koreyanın bölgədə keçirəcəyi birgə “Azadlıq Qalxanı” təlimini pisləyərək, “bu, təhlükəli və təxribat xarakterli bir hərəkətdir və tək atışla iki tərəf arasında gərginliyi real müharibəyə çatdıra bilər” xəbərdarlığını edib. ABŞ-ın təhdidlərinə qarşı görülən tədbirlərin artırılacağı vurğulanan bəyanatda deyilir: “Koreya yarımadasında və bölgədə davamlı sülhün təmin edilməsi üçün nüvə silahının hazırlanması istiqamətindəki məsuliyyətli səylərimiz ikiqat artırılacaq”.
Elchi.az xəbər verir ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın bu gün başlayacağını elan etdiyi birgə “Azadlıq Qalxanı” təliminə sərt reaksiya verib. Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hərbi təlimlər keçirməkdə israrını pisləyərək, “ABŞ və Cənubi Koreya tərəfindən ənənəvi olaraq keçirilən bu döyüş təlimləri rejimimizin süqutunu gətirməyə çalışan ölkəni işğal etmək üçün davamlı və sarsılmaz ambisiyaya əsaslanır” dedi. Azadlıq Qalxanı Təliminin də qarşıdurma riskini artırdığı iddia edilən bəyanatda xəbərdarlıq edilib: “Bu, iki tərəf arasındakı gərginliyi bir tək atışla əsl müharibəyə çevirə biləcək təhlükəli və təxribatçı bir hərəkətdir”.
Şayəstə Hüseynova