image-yangin-reu-2359222_1backend

Polşa ticarət mərkəzindəki yanğında Rusiyanı günahlandırır

Polşanın baş naziri Donald Tusk ötən il paytaxt Varşavada “Marywilska 44” ticarət mərkəzində baş verən yanğının Rusiya kəşfiyyat orqanlarının təşkil etdiyi “yandırma” olduğunu iddia edib.
Elchi.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk X sosial media platformasındakı paylaşımında ötən il paytaxtın Bialoleka rayonundakı ticarət mərkəzində baş verən yanğından bəhs edib.
“Biz əminik ki, Marywilska 44 ticarət mərkəzində baş verən yanğın Rusiya kəşfiyyat bölmələrinin təşkil etdiyi yanğındır”. İfadəsindən istifadə edən Tusk hadisə ilə bağlı bəzi cinayətkarların saxlanıldığını qeyd edib.
Tusk hadisə ilə əlaqəsi olduğu düşünülən digər cinayətkarların şəxsiyyətlərinin müəyyən edildiyini və onların tutulması üçün işlərin davam etdiyini bildirib.
12 may 2024-cü ildə Bialoleka ticarət mərkəzində yanğın baş verdi. Yanğın sürətlə yayıldı və demək olar ki, bütün ticarət mərkəzinə ziyan dəydi.
Hakim koalisiyadan olan parlament üzvü Vitold Zembaçinski təxribat ehtimalı da daxil olmaqla yanğınların tam araşdırılmasını tələb etmişdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki